Azərbaycan millisi son matçında qələbə qazandı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

Komanda.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.

Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.

U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button