
Azərbaycan millisi Şimali Makedoniyadan məğlub ayrıldı
Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, milli, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasıyla qarşılaşıb. Azərbaycan millisi rəqibinə 1:2 hesabıyla məğlub olub.
Milli komanda ilk iki oyununda da Gürcüstana (0:2) və Səudiyyə Ərəbistanına (1:2) uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin