
Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Oyun noyabrın 20-də, Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da baş tutacaq.
Milli komanda noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova yığması ilə görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin