Azərbaycan millisi Serbiyaya yola düşdü

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatında iştirak etmək üçün bu gün Serbiyaya yollanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) Belqradda mübarizə aparacaq.

Sabah klassik güləşin bütün çəkiləri üzrə püşkatma mərasimi keçiriləcək.

Noyabrın 1-də Nihad, Həsən, Qurban, Məhəmməd və Sərxan xalça üzərinə çıxacaq. Növbəti gün isə Həsrət və Ülvü mübarizəyə qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button