Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
Komanda.az xəbər verir ki, millimiz Slovakiyada keçirilən oyunda meydan sahibi komanda ilə qarşılaşıb.
Serbiyadan olan hakimin idarə etdiyi matç yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:4.
Xatırladaq ki, Azərbaycan yığması ilk matçında da Monteneqroya məğlub olmuşdu – 0:3.
Beləliklə, komandamız seçmə mərhələni xalsız və sonuncu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin