Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Komanda.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olub.

“Dalğa Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 10 xalla 2-ci sıradakı mövqeyini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button