Azərbaycan millisi Şahmat Olimpiadasına qələbə ilə başlayıb

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, yığma komanda ilk turda Paraqvayı 4:0 hesabı ilə məğlub edib.

Fərid Abbasovun kapitanı olduğu komandanın heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edirlər.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button