Azərbaycan millisi Rusiya ilə qarşılaşa bilər

Futbol üzrə Azərbaycan və Rusiya milliləri yoldaşlıq görüşündə üz-üzə gələ bilər.

Komanda.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, hazırda Rusiya Futbol İttifaqı bu yöndə AFFA ilə danışıqlar aparır.

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Azərbaycan, Ermənistan və Qazaxıstan yığmaları ilə oyunların təşkilinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən belə deyib:

“Biz bu ölkələrin futbol federasiyaları ilə danışıqlar aparırıq. Amma Avropadan olan komandalarla sparrinqlər barədə razılaşmaq kifayət qədər çətindir. UEFA-nın digər konfederasiyalardan fərqli olaraq, dünya və Avropa çempionatlarına əlavə biletlərin təqdim olunduğu Millətlər Liqası da daxil olmaqla sıx təqvimi var. Yoldaşlıq oyunları üçün demək olar ki, pəncərə qalmayıb. Danışıqlar davam edir, lakin hələlik heç bir saziş imzalanmayıb. Belə müqavilələr imzalanana qədər biz komandamızın qarşılaşa biləcəyi milli komandalar və ya digər detallar barədə məlumat vermirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button