Azərbaycan millisi Riçard Almeydanı itirdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda cəzalı duruma düşüb.

Komanda.az xəbər verir ki, buna Braziliya əsilli yarımmüdafiəçinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan Slovakiya ilə səfər oyununda sarı vərəqə görməsi səbəb olub.

Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı futbolçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq.

Azərbaycan yığması Slovakiya ilə oyunda ilk hissədən sonra 1:0 hesabıyla öndədir. Qazaxıstanla oyun isə 3 gün sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button