Azərbaycan millisi rekord xal toplayaraq Avropa çempionu olub

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Komanda.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

Yığma komanda ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb. Türkiyə isə 113 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button