Azərbaycan millisi Qızıl kəmər seriyasında ikinci yeri tutub
Boks üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən Qızıl kəmər seriyasında komanda hesabında ikinci yeri tutub.
Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi kişilərdən ibarət yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
34 ölkənin qatıldığı ilin ilk turnirində birinci pillədə Rusiya (9 qızıl, 2 gümüş) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1 qızıl, 1 gümüş, 1 bürünc) qapayıb.
Qızıl kəmər seriyasında Azərbaycan boksçularından Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin