Azərbaycan millisi Moldovaya qalib gəldi

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmanın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.  

Bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button