Azərbaycan millisi Moldovaya böyük hesabla uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button