
Azərbaycan millisi Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Belçika yığması ilə üz-üzə gəlib. “Bayıl Arena” stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.
Yığma sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



