Azərbaycan millisi Millətlər Liqası matçında heç-heçə etdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Komanda.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə üz-üzə gəlib. “Bayıl Arena” stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button