Azərbaycan millisi MDB Oyunlarında 4-cü yeri tutub

Azərbaycan millisi Belarusda keçirilən 2-ci MDB Oyunlarında 4-cü yeri tutub.

Komanda.az xəbər verir ki, yığma yarışı 62 medalla başa vurub. Azərbaycan idmançıları 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər.

MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü pillədə qərarlaşıb.

3-cü MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button