Azərbaycan millisi MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi 3-cü MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək. 

Bu barədə Komanda.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button