Azərbaycan millisi Maltaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, E qrupu çərçivəsində baş tutan matçda rəqib Malta olub.

Ta Qali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb – 2:0.

Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.

Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb.

Azərbaycan yığması seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button