Azərbaycan millisi Lixtenşteynə məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Eşen şəhərindəki “Sportpark Eşen Mauren” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayan oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edib.
Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.
Qarşılaşmanın taleyini isə matçın əvvəlində meydan sahiblərinin penaltidən vurduğu yeganə qol həll edib.
Avropa çempionatının seçmə mərhələsi
6 iyun
Lixtenşteyn U-21 – Azərbaycan U-21 1:0
Qol: Noa Frik, 10-pen.
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Paul Robinson, Stefen Donaldson (hamısı Şimali İrlandiya)
Dördüncü hakim: Şeyn Andrevs
Lixtenşteyn: 1. Armando Mayer, 2. Lukas Qraber, 3. Noa Qraber, 4. Rafael Qrünenfelder, 5. Fabian Unterrayner, 6. Simon Lüçinqer, 7. Benjamin Voqt, 8. Noa Frommelt (k), 9. Tim Şreyber, 10. Noa Frik, 11. Paskal Koller.
Ehtiyat oyunçular: 12. Raffael Loosli, 13. Martin Marxer, 14. Roman Spiriq, 15. Yonas Hilti, 16. Lukas Büxel, 17. Niklas Bek, 18. Marko Marxer, 19. Aaron Salanoviç, 20. Menderes Çağlar.
Baş məşqçi: Martin Stoçklasa.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 17. Barış Ekincier, 23. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 14. Ziya Əzizov, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov, 18. Emin Qasımov, 19. Tural Bayramlı, 20. Elçin Mustafayev, 21. Arziman Rizvanov.
Baş məşqçi: Milan Obradoviç.
Bizi Facebook-da izləyin