Azərbaycan millisi Latviyaya da uduzdu

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşıb. Azərbaycan millisi bu oyundan əvvəl, martın 25-də keçirdiyi yoxlama matçında Maltaya 0:1 hesabı ilə uduzmuşdu ki, bu da azarkeşlərin, futbol mütəxəssislərinin ciddi narazılığına səbəb olub. Bu üzdən, yoxlama oyunu da olsa, milli komanda Latviya yığması ilə göruşdə qələbə qazanmaq üçün əlindən gələni edəcəkdi. Əks halda, ardıcıl ikinci məğlubiyyət, hətta heç-heçə də AFFA rəhbərliyinin ünvanına olan tənqidlərin kəsərini artıracaqdı.

Azərbaycan millisi Latviya ilə yoxlama matçında da eyni aqibətlə üzləşib – 0:1. Bununda da, milli ardıcıl ikinci görüşündə də eyni hesabla uduzub.

Yoxlama oyunu

29 mart

15.00 Azərbaycan – Latviya 0:1
Qol:
Vladislav Qutkovski, 85.
Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan)
Baş hakim: Trustin Farruqia Kann
Köməkçi hakimlər: Luke Portelli, Dunkan Sultan
Ehtiyat hakim: Andrea Skiriha (hamısı Malta)
Malta. Milli Stadion

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 17.Toral Bayramov
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi

Latviya: 1. Pavel Steinbor, 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik, 17. Renar Varslavan, 19. Raymond Krollis, 22. Aleksey Savelyev
Ehtiyat oyunçular: 12. Robert Özol, 23. Rixard Matreviç, 7. Vladimir Kamış, 8. Eduard Emsis, 10.Yanis İkaunyek, 13. Emil Birka, Vladislav Qutkovski, 16. Alvis Jaunzems, 18. İqor Tarasov, 20. Daniel Balodis, 21. İlia Korotkov
Baş məşqçi: Daynis Kazakeviç

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button