Azərbaycan millisi Latviya yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda Latviya yığması ilə qarşılaşacaq.

Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Milli komanda martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button