Azərbaycan millisi Küveyti üçüncü dəfə məğlub etdi

Bakıda təlim-məşq toplanışınını başa vuran çimərlik futbolu üzrə Küveyt yığması hazırlıq çərçivəsində Azərbaycan millisiylə növbəti yoldaşlıq oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 3:2 hesabı ilə Azərbaycan milli komandasının xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.

Xatırladaq ki, Azərbaycan yığması bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button