
Azərbaycan millisi İtaliyaya uduzdu
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığmamız İtaliya kollektivi ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında oynanılan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun digər matçında Moldova Estoniyanı məğlub edib – 6:2.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 4:7 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin