
Azərbaycan millisi İspaniya toplanışını məğlubiyyətlə başa vurdu
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız şotlandiyalı həmyaşıdları ilə qarşılaşıb. Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Qeyd edək ki, U-19 millimiz ilk yoxlama görüşündə İspaniyaya 0:2 hesabı ilə məğlub olub, ikinci matçda isə İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandasını 6:1 hesabı ilə üstələmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin