
İslamiada: Azərbaycan millisi Qazaxıstana uduzdu
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 34:31.
Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub – 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



