
Azərbaycan millisi İrlandiyaya böyük hesabla uduzdu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda İrlandiyaya uduzub.
Komanda.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da məğlub olub – 0:2.
Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin