
Azərbaycan millisi İnkişaf Kubokundakı ikinci oyununda qələbə qazanıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda İran yığması ilə üz-üzə gəlib. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olmuşdu. Komanda fevralın 19-da, saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin