Azərbaycan millisi ilk oyunda Türkiyəyə uduzdu
Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Komanda.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Azərbaycan millisinin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun sabah – mayın 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin