Azərbaycan millisi ilk oyunda qələbə qazandı

16 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan milli, 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.

U-16 növbəti oyununu mayın 9-da Belarus yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button