Azərbaycan millisi ilə oyunu buraxacaq – “Leyptsiq”in futbolçusu

“Leyptsiq”in avstriyalı futbolçusu Ksaver Şlager Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Komanda.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin Almaniya Bundesliqasının 23-cü turunun “Borussiya” (Dortmund) ilə matçında (1:2) zədələnməsi olub.

Sağ topuğundan ciddi xəsarət alan oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı deyilib.

Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button