“Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik”

Şimali Makedoniya millisinin müdafiəçisi Ezcan Alioski Finlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoxlama matçları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən 30 yaşlı futbolçu Şimali Makedoniya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində bunları söyləyib:

“Yoldaşlıq görüşləri olsa da, qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşmaları yüksək səviyyədə keçirmək istəyirik. Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır. Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil”.

Şimali Makedoniya seçməsi noyabrın 17-də Finlandiya, 3 gün sonra isə Azərbaycanla millisiylə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button