“Azərbaycan millisi ilə matçı səbirsizliklə gözləyirik” – İsveç yığmasının hücumçusu

İsveç milli komandasının hücumçusu Aleksander İsak UEFA Millətlər Liqasında Slovakiya (16 noyabr) və Azərbaycana (19 noyabr) qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan isveçli hücumçu bunları deyib:

“Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Slovakiya və Azərbaycanla iki vacib oyunu səbirsizliklə gözləyirik”.

İsveç və Slovakiya C Liqasının 1-ci qrupunda 10 xalla 1-2-ci yerləri bölüşdürürlər. Üçüncü sıradakı Estoniyanın 3 xalı varsa, əvvəlki dörd görüşdə uduzan Azərbaycan yığmasının xalı yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button