Azərbaycan millisi ilə matçda olmayacaq – “İnter”in üzvü

UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiya millisi ciddi itki ilə üzləşib.

Komanda.az “Nogomania” nəşrinə istinadən xəbər verir ki, Slovakiya millisinin aparıcı futbolçularından olan Milan Skriniar evdə Qazaxıstana uduzduqları (0:1) görüşdə zədələnib.

İtaliyanın “İnter” klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Onun zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

İyunun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button