
Azərbaycan millisi ikinci yoxlama matçında da məğlub olub
Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlub olub.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



