Azərbaycan millisi ikinci oyunda heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç qolsuz bərabərliklə yekunlaşıb.

Komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button