Azərbaycan millisi gürcülərə doğma meydanda uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun komandamızın məğlubiyyəti ilə başa çatıb.

Yığmamızın yer aldığı 2-ci qrupun digər oyununda İsveçrə səfərdə Lixtenşteyni darmadağın edib – 5:0.

AÇ-2021, seçmə mərhələ

10 sentyabr

Azərbaycan U-21 – Gürcüstan U-21 0:3
Qol: Vato Arveladze, 45+3. İrakli Buqridze, 73. Georgi Arabidze, 84.
Qırmızı vərəqə: Hacıağa Hacıyev, 49.
Baş hakim:
Laurent Kopriva (Lüksemburq).

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.
Gürcüstan: 12. Luka Quqeşaşvili, 2. Nikolos Mali, 3. İlia Beriaşvili, 4. Luka Loxoşvili, 5. Davit Kobouri, 7. Georgi Arabidze (k), 8. Georgi Kutsia, 9. Nika Ninua, 11. Vato Arveladze, 14. Beka Kavtaradze, 18. Luka Silaqadze.
Ehtiyat oyunçular: 1. Georgi Mamardaşvili, 10. Georgi Koxreidze, 13. Nuqzar Spanderaşvili, 15. Aleksandr Andronikaşvili, 16. Laşa Uqrexelidze, 17. Paata Kiteişvili, 20. İrakli Buqridze, 21. Luka Lakvexeliani, 22. Revaz İnjgia.
Baş məşqçi: Georgi Tsetsazde.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button