Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button