Azərbaycan millisi gürcülərə ilk oyunda qalib gəldi
Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
U-18-in heyətində 46-cı dəqiqədə Tuncay Cəfərli və 60-cı dəqiqədə Eşqin Əhmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun oktyabrın 21-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin