
Azərbaycan millisi gürcülərə ikinci oyunda məğlub oldu
Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Komandamızın heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.
Xatırladaq ki, bu komandaların oktyabrın 18-də keçirilmiş ilk oyununda millimiz 2:1 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin