
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Komanda.az xəbər verir ki, iyun ayının reytinq cədvəlinə əsasən, Azərbaycan milli komandası 1 pillə irəliləyib. Millimiz 1179,88 xalla 111-ci pillədə qərarlaşıb.
Millimiz iyun ayında iki yoldaşlıq oyunu keçirib. Yığma komandamız Albaniyaya 1:3 hesabı ilə məğlub olub, Qazaxıstanı isə 3:2 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin