Azərbaycan millisi estonlara uduzdu

Azərbaycanın 15 yaşadək (U-15) futbolçulardan ibarət millisi Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milli turnirdə növbəti görüşünü avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.

İlham Yadullayevin rəhbərlik etdiyi U-15 UEFA İnkişaf turniri çərçivəsində ilk oyununda Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqib əsas vaxtı qolsuz bitən matçın penaltilər seriyasında daha dəqiq olub – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button