Azərbaycan millisi dünya çempionatında bu gün son oyununa çıxacaq
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.
Oyun saat 18:00-da başlayacaq.
Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin