
Azərbaycan millisi DÇ-də finala yüksəldi
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda yarımfinalda Monteneqro ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.
Azərbaycan millisi həlledici mərhələdə Macarıstan – Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



