“Azərbaycan millisi çox aqressiv idi” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:

“Burda əsas işimizi görmək idi və gördük. Birinci hissədə çətin oldu, Azərbaycan millisi çox aqressiv idi, lakin yekunda zəfər qazandıq.

Bizim üçün çətin oldu. İlk hissədə aqresiv, dinamik komandayla qarşılaşdıq. Buna baxmayaraq, 90 dəqiqə ərzində vəziyyəti dəyişə bildik. Bizə çətinlik yarada bilmədilər və xoşbəxtlikdən qələbə qazandıq.

Böyük və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərə hörmətlə yanaşıram. Azərbaycan komandasında irəliləyiş var. Bunun Ukraynayla oyunda da şahidi olduq.

Fransa buradan uzaqdır, bu qədər yol qət etdik. Bakıda da çox yaxşı vaxt keçirdik.

Mən VAR-ın qərarlarına etiraz etmirəm. Bunları qəbul edirəm, bu, oyunun qanunlarıdır. Əsəbi deyildim.

Azərbaycan xalqına qonaqpərvərliyinə görə təşəkkür etmək istəyirəm. Sizi yaxın zamanda bir daha görməyəcəm, buna görə də Fransa xalqı adından Yeni ilinizi təbrik edirəm”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button