“Azərbaycan millisi Çerçesovun təyinatı ilə mütləq yaxşılaşacaq” – Keçmiş futbolçu
“Dinamo”nun sabiq futbolçusu Vladimir Qranat rusiyalı mütəxəssis Stanislav Çerçesovun Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az “Çempionat”-a istinadən xəbər verir ki, Qranat, Çerçesovun Azərbaycan millisi üçün yaxşı seçim ola biləcəyini deyib:
“Qərarı vermək Stanislav Salamoviçdən asılıdır. Amma ona güvənmək istəyən milli komanda üçün bu, çox yaxşı variantdır. Düşünmürəm ki, Çerçesov xaricdə daha yaxşı işləyir. Aydındır ki, Rusiyada məşqçi kimi qızıl medallar qazanmasa da, uğurlu dövrləri olub. Azərbaycan millisi Çerçesovun təyinatı ilə mütləq yaxşılaşacaq”.
Çerçesov Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biridir.
Rusiyalı mütəxəssis daha əvvəl “Spartak”(Moskva), “Jemçujina”, “Terek”(indiki “Axmat”), “Amkar”, “Dinamo”(Moskva), “Legiya”, “Ferentsvaroş” komandalarını çalışdırıb. O, həmçinin 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
Bizi Facebook-da izləyin