Azərbaycan millisi bu gün yoxlama matçında Macarıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma komanda Bakıda Macarıstan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

10 iyun

20:00 Azərbaycan – Macarıstan

Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
Liv Bona Dea Arena.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button