
Azərbaycan millisi bu gün Şotlandiya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət komandası ilə üz-üzə gələcək.
Oyun “Liv Bona Dea Arena”, saat 19:00-da start götürəcək.
B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



