Azərbaycan millisi bu gün sonuncu oyununa çıxacaq

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.

Komanda.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Matç saat 18:00-da başlayacaq.

Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button