
Azərbaycan millisi bu gün Şimali İrlandiya ilə üz-üzə gələcək
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, 13-cü qrupda yer alan milli komanda Şimali İrlandiya ilə qarşılaşacaq. Oyun Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda, saat 17:30-da start götürəcək. Matçı qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



