Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma komanda Qazaxıstanla qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Oyunu macar hakim Bens Çonka idarə edəcək.

Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button